Əlaqə Arxiv
news Image
2013.08.23
15:49
| A A A
Rusiyadan Suriyaya "icazə ver" çağırışı

Movqe.Az xəbər verir ki, Şam rejimini dəstəkləyən Rusiya, Suriyadakı kimyəvi hücum iddialarının araşdırılması üçün BMT mütəxəssislərinin bölgəyə girişinə icazə verilməsini istəyib. Rusiya, Suriya hökumətini Birləşmiş Millətlər kimyəvi silah mütəxəssisləriylə əməkdaşlıq etməyə və mütəxəssislərin kimyəvi hücum təşkil edildiyi iddia edilən bölgəyə girməsinə icazə verməyə çağırıb. Suriyadakı müxaliflərə də səslənən Rusiya, onlardan da BMT mütəxəssislərinin vəzifələrini yerinə yetirməsi üçün təhlükəsiz girişlərinin təmin edilməsi lazım olduğunu söyləyib.

BMT də bazar günündən bu yana Suriyada olan kimyəvi silah mütəxəssislərinə, sözügedən hücumun yaşandığı iddia edilən bölgəyə girə bilmələri üçün icazə verilməsini istəmişdi. Suriyalı fəallar isə kimyəvi hücum dedikləri hücumun qurbanlarından toxuma nümunələri aldıqlarını və bu nümunələri Şamdakı Birləşmiş Millətlər Təşkilatının mütəxəssislərinə çatdırmağa çalışdıqlarını söyləyib. Müxaliflərin əlindəki Arbi bölgəsindən Reutersə danışan Əbu Nidal adlı aktivist, "BMT qrupu bizimlə görüşdükdən sonra saç, dəri və qan nümunələri aldıq və bu nümunələri Etibarlı kuryer vasitəsilə göndərdik" deyib.



Sizin Reklam Yeriniz