Əlaqə Arxiv
news Image
2013.08.23
17:43
| A A A
Milli Şuranın növbədənkənar sessiyası başlayıb

Milli Şuranın növbədənkənar sessiyası keçirilir.

APA-nın məlumatına görə, ötən iclaslardakı narazılıqdan sonra sessiyanın media üçün açıq keçirilməsi qərara alınıb və mətbuat nümayəndələrinin vəsiqələri yoxlanılaraq, iclas zalına buraxılıb.

Sessiyaya Müsavat Partiyasının başqanı İsa Qəmbər sədrlik edir. Milli Şuranın 79 üzvü qeydiyyatdan keçib.

Milli Şura üzvlərinin APA-ya verdiyi məlumata görə, sessiyada qurumun əlavə vahid namizədlə bağlı

qərarı olmayacaqsa, Milli Şuranın bundan sonrakı taleyi şübhə altında qalacaq.

İsa Qəmbər deyib ki, sessiyada yalnız əlavə və ya ikinci vahid namizədin müəyyənləşdirilməsi müzakirə olunacaq.

Sizin Reklam Yeriniz