news Image
2013.08.26
10:34
| A A A
Bakıda sabiq prezidentlərin iclası keçiriləcək

Bakıda 2 hazırkı, 4 sabiq prezidentin iştirakı ilə toplantı keçiriləcək.

Mövqe.az-ın məlumatına görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib ki, Madrid Klubunun və Mərkəzin imzaladığı Əməkdaşlıq Razılaşması əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 4-6 sentyabrda Bakıda Yüksək Səviyyədə Toplantı keçiriləcək.

Yüksək Səviyyədə Toplantıda Latviyanın sabiq Prezidenti Vaira Vike-Freiberga, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, Boliviyanın sabiq Prezidenti Jorge Quiroga, Mavritanıyanın sabiq Prezidenti Kassam Uteem, Şri Lankanın sabiq Prezidenti Chandrika K. Bandaranaike, Hollandiyanın sabiq Baş Naziri Wim Kok, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, YUNESKO Hökumətlərarası Mediya Komissiyasının Sədri Səfir Walter Fust, İsgəndəriyyə Kitabxanasının Direktoru, BMT Baş Katibinin Sivilizasiyalar Alyansı üzrə Ali Qrup üzvü Dr. İsmayıl Seragəldin, Dünya Elmlər Akademiyasının Prezidenti İvo Slaus və bir çox nüfuzlu şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, toplantı bu ilin may ayında Bakıda keçirilən 1-ci Cənubi Qafqaz Forumunun nəticəsi olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Toplantının yekunu olaraq BMT Baş Katibi Ban Ki Mun və Baş Assambleyaya müraciət olunacaqdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs