news Image
2013.08.26
12:42
| A A A
Sərdar Cəlaloğlunun da prezidentliyə namizədliyi irəli sürüləcək

"Partiyanın İdarə Heyətində prezidentliyə namizədliyimin irəli sürülməsi ilə bağlı ilkin qərar veriləcək".


Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. O deyib ki, partiyada artıq bu məsələ ilə bağlı ilkin müzakirələr aparılıb: "Biz Milli Şuranın atacağı addımı gözləyirdik. Düşünürdük ki, Milli Şuradan əvvəl namizədlik məsələsini müzakirə etsək, orada olan bizim bəzi təbii müttəfiqlərimiz, yəni eyni köynəkdən çıxan partiyalar narahat olar. Bu bizim onların düşdüyü çətin vəziyyətdən sui-istifadə etməyimiz anlamını verərdi. Ona görə də gözlədik ki, problem həll olsun, seçkilərlə bağlı konkret addım atsınlar, bundan sonra da biz mövqeyimizi müəyyənləşdirək. Artıq Milli Şura seçkilərdəki iştirak istiqamətlərini müəyyənləşdirib. Bu mənada bizim seçkilərdə iştirakımızla bağlı qərar çıxarmağımıza mane olan heç bir faktor qalmayıb. Vicdanımız qarşısında da hesabat veririk ki, biz yaranmış vəziyyətdən sui-istifadə etmədik. Düzdür, bu bizə vaxt baxımından baha başa gəlir".

 S. Cəlaloğlu bu hərəkətləri ilə müxalifətin ümumi maraqlarından çıxış etdiklərini də söyləyib.

 Prezidentliyə namizədliyi irəli sürüldüyü təqdirdə "Qarabağ" blokunun seçki birliyi kimi mövcudluğu məsələsinə də aydınlıq gətirən ADP sədri deyib ki, İqbal Ağazadə artıq Ümid Partiyasının prezidentliyə namizədliyi təsdiq olunub. Bundan sonra İ. Ağazadənin hansısa rəsmi blok şəklində müdafiəsi mümkün deyil. Onun sözlərinə görə, bundan sonra "Qarabağ" birliyinin seçki blokuna çevrilmək imkanı yoxdur: "Çünki birliyə daxil olan partiyaların biri partiya kimi seçkilərdə iştirak edir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs