Əlaqə Arxiv
news Image
2013.08.26
16:46
| A A A
Ərdoğana İrandan sərt cavab

Movqe.Az xəbər verir ki, İranın İnqilab Muhafıizlərinə yaxın xəbər agentliyi "Fars", Türkiyə Baş naziri Ərdoğanın 'Türkiyənin hər zaman İranın yanında olduğuna" dair dediyi  ifadələrə etiraz edib. Agentlik, Ərdoğanı fürsətçilikdə təqsirləndirib. Agentlikdən verilən şərhdə, Türkiyənin AK Partiya iqtidarı dövründə heç bir zaman İranın yanında olmadığını müdafiə edərək, Ankaranın İranın nüvə mövzusundakı etdiyi vasitəçilik cəhdini Qərbin istəyi ilə və bu ölkələrin hədəfləri istiqamətində etdiyini iddia edib. NATO raket qalxanının Türkiyəyə yerləşdirilməsiylə, Ankaranın İrana qarşı Qərbin apardığı mübarizədə ön sırada iştirak etdiyini irəli sürən Fars, Ərdoğanın "İranın yanında yer aldıq" sözləri ilə özünü aldatdığını yazıb və baş naziri fürsətçi olmaqda təqsirləndirib. Xəbərdə, Baş nazir Ərdoğanın Suriya mövzusunda İrana yönəltdiyi ittihamların Ankaranın Suriya siyasətinin məğlubiyyətindən qaynaqlandığı söyləyib. Ərdoğan, bir televiziya kanalında etdiyi şərhdə, Tehranın Suriya siyasətini sərt tənqid edərək belə demişdi: "Əvvəldən İranın yanında yer aldıq. Həm də bütün dünyanı qarşımıza alaraq. İran bizi anlamadı amma hələ də anlamır. Bax, indi Suriya məsələsində, İranın belə bir yanaşma içində olmasını gözləməzdim Humus qırğınında, mərhum Xomeyni aylarla Hafiz Əsədlə görüşmədi. Lakin indiki baxış eyni baxış deyil. "


Sizin Reklam Yeriniz