news Image
2013.08.26
19:21
| A A A
Lavrov: "Şama hərbi əməliyyatdan qaçının"

Movqe.Az xəbər verir ki, Son günlərdə ABŞ-ın Suriyaya hərbi müdaxilə edəcəyi iddiaları səbəbindən Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ xarici işlər naziri Con Keriylə telefonla danışaraq Rusiyanın narahatlıqlarını bildirib. Rusiya Xarici İşlər Nazirliyi, ABŞ-a Şama ola biləcək bir hərbi hərəkatdan qaçınması çağırışını edərək təxribatlara  uduzmamasını və BMT nümayəndələrinin kimyəvi silah istifadə edilib-edilməməsi istintaqı üçün kömək etməsini istəyib. Rusiya Xarici İşlər Nazirliyi rəsmi internet səhifəsindən edilən şərhə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə reallaşan telefon görüşündə Lavrov, son günlərdə ABŞ tərəfindən edilən Suriyaya hərbi müdaxilə ilə əlaqədar hazırlıq şərhlərindən Moskvanın dərin narahatlıq duyduğunu bildirib. Şərhdə Sergey Lavrovun ABŞ-lı həmkarına ola biləcək bir hərbi müdaxilənin bütün Yaxın Şərq və Şimali Afrika üçün təhlükəli nəticələr doğuracağını vurğuladığı deyilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs