Əlaqə Arxiv
news Image
2013.08.27
12:20
| A A A
ABŞ-Rusiya arasında Suriyaya dair danışıqlar təxirə salınıb

ABŞ Dövlət Departamenti Suriyaya dair sülh konfransına hazırlıq məqsədilə rusiyalı diplomatlarla avqustun 28-ə təyin etdiyi danışıqları təxirə salıb.


Mövqe.az-ın məlumatına görə, Dövlət Departamentindəki mənbələr bu qərarı Suriyada kimyəvi silah tətbiqinə cavaba dair məsləhətləşmələrin davam etməsi ilə əsaslandırıblar. Onlar qeyd ediblər ki, söhbət Suriyaya dair sülh konfransına hazırlıqla bağlı danışıqların təxirə salınmasında deyil, vaxtının dəyişdirilməsindən gedir.

 

Qeyd edək ki, ABŞ rəsmiləri Dəməşq yaxınlığında kimyəvi silah tətbiqinin hökumət qoşunları tərəfindən həyata keçirildiyini iddia edir. ABŞ yaxın günlərdə Suriyada kimyəvi silah tətbiqinə dair yeni sübutları açıqlayacağını vəd edib. 

Sizin Reklam Yeriniz