news Image
2013.08.27
12:38
| A A A
ATƏT/DTİHB seçki öncəsi 2 aralıq hesabat qəbul edəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi 2 aralıq hesabat qəbul edəcək. Bu barədə ATƏT/DTİHB-dən Trend-ə bildirilib.

Məlumatda həmçinin deyilir ki, ATƏT/DTİHB-ın iyun ayında Azərbaycana göndərdiyi Ehtiyacların Qiymətləndirilməsi Missiyasının ölkədə keçiriləcək prezident seçkisi ilə bağlı qəbul etdiyi hesabatındakı rəylər də aralıq hesabatlarda öz əksini tapacaq.

Qeyd edək ki, ATƏT/DTİHB-in uzunmüddətli missiyasının müşahidəçiləri artıq Bakıdadırlar.

Bundan öncə ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Targay jurnalistlərə açıqlamasında bildirib ki, Bakıya 30 nəfər uzunmüddətli, 280 nəfər qısamüddətli müşahidəçi gələcək.

O, həmçinin qeyd edib ki, avqustun 26-dan etibarən 50-55 nəfərin fəaliyyət göstərəcəyi yardımçı ofis fəaliyyətə başlayıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs