Əlaqə Arxiv
news Image
2013.08.28
17:18
| A A A
İlham Əliyev Küveytin ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 28-də Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ğəssan Abdulbari Al-Zəvavini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.


Dövlətimizin başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Küveyt arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin iqtisadi sahədə, o cümlədən sərmayə qoyuluşu, birgə layihələr, turizm və digər istiqamətlərdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu dedi. İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev əlaqələrimizin gələcək illərdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.


Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ğəssan Abdulbari Al-Zəvavi Azərbaycan ilə Küveyt arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.

Sizin Reklam Yeriniz