news Image
2013.08.28
16:45
| A A A
ADP Ali Məclisi Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib

Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin sessiyası keçirilib.


ADP-dən APA-ya verilən məlumata görə, sessiya yalnız bir məsələyə baxılıb. Ali Məclis ADP İdarə Heyətinin partiyanın prezident seçkilərində iştirakı, təşkilatın sədri Sərdar Cəlaloğlunun namizədinin irəli sürülməsi təklifinin dəstəklənməsinə dair qərar qəbul edib.

 

İclasda Təşəbbüs Qrupu və Seçki Qərargahının formalaşdırılmasına, S. Cəlaloğlunun namizədliyinin təsdiq olunması üçün sənədlərin tez bir zamanda Mərkəzi Seçki Komissiyasına təqdim olunmasına dair də qərarlar verilib. Bundan başqa, S. Cəlaloğlunun səlahiyyətli nümayəndələri müəyyənləşib.

 

S. Cəlaloğlu APA-ya açıqlamasında namizədliyinin irəli sürülməsi ilə bağlı müvafiq sənədlərin günün ikinci yarısında MSK-ya təqdim ediləcəyini bildirib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs