news Image
2013.08.29
10:01
| A A A
Suriyadan Qafqaza uzanan təhlükə
Hatəm Cabbarlı: “Onların qayıtmasından sonra bölgədə vəziyyətin çox ciddi təhlükə ilə qarşı – qarşıya duracağını zənn etmək olmaz” Rövşən İbrahimov: “Hazırda onları ümumi gərginlik yaradacaq güc kimi hesab etmək tezdir” Son günlər dünya mətbuatında Qərbin aparıcı dövlətlərinin, xüsusi ilə də ABŞ-ın Suriyada Bəşər Əsəd qüvvələrinə zərbə endirmək niyyətində olması barəsində xəbərlər yer almaqdadır. Hətta bu hücümun dəqiq vaxtı - 29 avqust tarixində baş tutacağı və üç gün davam edəcəyi qeyd olunur. Belə ki, Pentaqon rəhbəri Çak Heygel açıqlamasında Amerika ordusunun Suriyaya hərbi müdaxiləyə hazır olduğunu, bunun üçün sadəcə, prezident Barak Obamanın əmrini gözlədiklərini bildirib. Xəbərlərdə hücuma Fransa və İngiltərənin də qoşulacağı göstərilir. Ancaq hələlik bu müdaxilə barəsində BMT Təhlükəsizlik Şurasında konkret qərar qəbul edilməyib. Elə bu baxımdan əkəsr siyasi şərhçilər ABŞ-ın Suriyaya daxil olacağını iddia etmirlər. Ancaq məsələnin digər tərəfi ondan ibarətdir ki, hazırda Suriyada həm indi rejimə, həm də müxalifətə qarşı döyüşən yüzlərlə dünyanın müxtəlif bölgələrindən, o cümlədən Qafqazadan getmiş silahlılar var. Qərb qoşunlarının Suriyaya zərbə endirəcəyi təqdirdə Qafqazdan gedənlərin yenidən bölgəyə qayıtması və müəyyən təhlükə mənbəyinə çevrilə bilməsi aktuallaşır. Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirdi ki, hazırda Suriyada kifayət qədər muzdlu silahlı qüvvələrin olması bəllidir: "Mətbuatda çıxan məlumatlara görə 29 avqustda ABŞ silahlı birləşmələri Suriyaya hücum edəcək. Bu kimi informasiyalara ciddi yanaşmıram. Amma informasiyanın ABŞ –ın bilərəkdən mətbuata ötürməsi kimi də başa düşmək olar. Ancaq ABŞ Suriyaya hərbi müdaxilə edəcəksə, Əsəd rejiminin yanında olan qafqazlı silahlı qrupların Əsəd rejiminin ehtimal olunan məğlubiyyətindən sonra ilk işləri regiona qonşu olan dövlətlərə geri qayıtmasıdır. Bu geriqayıtma toplu şəkildə ola bilməz. Onlar kiçik qruplar və ya təkbaşına qonşu dövlətlərə geri qayıtmağa çalışacaqlar. Geriqayıtma onlar üçün də müəyyən problem yarada bilər. Çünki, Yaxın Şərqə yaxın və ən sabit Türkiyə dövlətidir. Türkiyə üzərindən Qafqaza qayıtma onlara problem ola bilər. Amma müəyyən qruplar və fərdlər maneələri dəf edərək regiona gələ bilərlər. Ancaq onların qayıtmasından sonra bölgədə vəziyyətin çox ciddi təhlükə ilə qarşı – qarşıya duracağını zənn etmək olmaz. Bir – iki epizod yaşana bilər, amma bu, bölgənin ümumi təhlükəsizlik sistemini zərərləyəcək qədər potensiala sahib olmayacaq".

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun sözlərinə görə, ABŞ Suriyaya bu qədər rahat şəkildə keçməsi gözlənilmir: "Birinci növbədə bu barədə BMT-nin Təhlükəsizlik Şurasının qərarı lazımdır ki, hansısa müdaxilə olunsun. ABŞ 2003 – cü ildə Təhlükəzilik Şurasından mandat almadan İraqa müdaxilə etmişdi. Fəqət o, olduqca uzun müddət vaxt almışdı. Ona görə də başda ABŞ olmaqla Qərb qüvvələrinin Suriyaya müdaxiləsini düşünmək olduqca sadəlövlük olardı. Digər tərəfdən, istər Bəşər Əsəd tərəfdə, istərsə müxalifət tərəfdə vuruşan döyüşçülərin birinci növbədə özlərinin marağındadır ki, onlar vaxtında öz ölkələrinə qayıtsınlar. Əks təqdirdə müdaxilələr zamanı kimsə döyüşçülərin milliyyətinə görə fərqli rəftar göstərməyəcək. Bu, müharibədir. Bilirik ki, adətən belə növ müdaxilələrdə daha çox isabəti dəqiq olan müxtəlif uzaq vuran silahlardan istifadə edilir. Ona görə də burada hansısa bir insan tələfatının qarşısını almaq üçün minimallaşdırma prosesi getmir. Əgər onlar fikirləşirlərsə ki, onlar həmin torpaqlarda sona qədər vuruşub ölməlidirlərsə, deməli, elə də olacaq".

Politoloq əlavə etdi ki, nəticə etibarı ilə ora regiondan neçə döyüşçünün hansı məqsədlə getdiyini çox aydın bilmirik: "Əlbəttə ki, onlar hər zaman potensial təhlükə ola bilərlər. Amma hazırda onları ümumi gərginlik yaradacaq güc kimi hesab etmək tezdir. Çünki, bunun üçün kifayət qədər məlumat yoxdur. Ümumilikdə, radikal ekstremist təfəkkürə sahib olan insanlar hər zaman potensial təhlükədir. Lakin məhz Suriyada olan döyüşlərin həmin potensialda detanator olacağını demək tezdir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs