Əlaqə Arxiv
news Image
2013.08.29
12:33
| A A A
Küveyt Azərbaycana yeni səfir təyin edib

Küveyt dövləti Azərbaycana yeni səfiri təyin edib.


Küveytin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu vəzifəyə Səud Əbdüləziz əl-Rumi təyin edilib.

 

Diplomatik nümayəndəlikdə bildiriblər ki, S.Ə. əl-Rumi Küveytin ən təcrübəli diplomatlardandır və XİN-də yüksək vəzifələr tutub. Bundan əvvəl o Küveytin Argentinadakı səfiri postunda çalışıb.

 

Qeyd edək ki, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov Küveytin Azərbaycandakı səfiri Ğəssan Abdulbari Al-Zəvavini diplomatik missiyanın başa çatması ilə əlaqədar qəbul ediblər. 

Sizin Reklam Yeriniz