Əlaqə Arxiv
news Image
2013.08.29
12:33
| A A A
Kolleclərə qəbul olunanlara xəbərdarlıq edildi
Tələbələr sentyabrın 6-dək daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 9 illik ümumi orta təhsil bazasında kolleclərə qəbul olmuş abituriyentlərə müraciət edib. TQDK-dan Movqe.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 29-dan sentyabrın 6-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.
Sizin Reklam Yeriniz