Əlaqə Arxiv
news Image
2013.08.29
16:10
| A A A
"Əsədi Vurun!"

Movqe.Az xəbər verir ki, Dünya, ABŞ-ın liderliyində Suriyaya keçiriləcək əməliyyatı mübahisə edən vaxtı, Suriya Milli Koalisiyası rəhbəri Əhməd Cerba, Parisdən, "Artıq cəsur qərar alınmalıdır. Esad vurulmalıdır "deyərək Qərbə," tərəddüd etmədən əməliyyatı reallaşdırması "çağırışını edib. Cerba, " Kimyəvi Bəşər layiq olduğu cəzanı görməlidir. Qərb Əsəd rejimini vurmalıdır "deyib. Cerba, Fransa prezidenti Fransua Hollande ilə görüşdən əvvəl, Le Parisien qəzetinə verdiyi müsahibədə, sərt ifadələr işlədib. Əsəd üçün "kimyəvi Bəşər" və "bölgənin yoluxucu mikrobu" xitablarını stifadə edən Cerba, "Bəşər Əsəd bölgə üçün yoluxucu bir mikropdur. Bu bəy və ailəsi Haaqa ədalət məhkəməsinə gətirilməli və beynəlxalq məhkəmədə mühakimə olunmalıdır "deyib.

Sərt müdaxilə çağırışını bütün qətiyyətiə dilə gətirən Cerba, "Müxaliflər olaraq bizim gözləntimiz çox dəqiqdir. Əvvəl rejimi cəzalandıracaq bir zərbə, sonra isə Azad Suriya Ordusuna hərbi və siyasi dəstək gözləyirik. Əsəd rejimi hələ Rusiya, İran və Hizbullahın tam dəstəyini alır. Bizim heç bir dəstəyimiz yoxdur. Bizim mütəffiqlərimiz istədiyimiz heç bir şey vermədi "deyərək "cihadçı təşkilatlardan qorxduğu" üçün onlara silah verməkdən çəkinən ABŞ-ı tənqid edib.

"Dostlarımız heç nə etmədilər"

Cerba, "Əsəddən xilas olmağı, özümüzü Əl Qaidənin qollarında tapmaq üçün istəmirik. Rejim tərəfindən manipulyasiya edilən bu həddi aşanlar dünyanı qorxutmaq istəyirlər. Əgər müdaxilə olsa rejim uzun müddət tab gətirə bilməyəcəkdir. Burada əsas olan cəsur bir qərar almaqdır. Dostlarımızın sözdən kənara keçməsinə ehtiyacımız var. Səmimiyyətindən şübhə etmirik amma iki ildir gözləyirik və bizim üçün heç nə etmədilər "deyə bildirib.

Sizin Reklam Yeriniz