news Image
2013.08.30
16:22
| A A A
Əsəd:"Zəfər bizim olacaq. Özümüzü müdafiə edəcəyik"

Movqe.Az xəbər verir ki, Qərbin əməliyyata hazırlaşdığı Suriya lideri Əsəd, ölkəsinin hücuma qarşı özünü müdafiə edəcəyini bildirib : "Zəfər bizim olacaq. Təhlükələr azadlığa bağlılığımızı artırır" deyib. Qərb dövlətlərinin ölkəsinə əməliyyat təşkil edəcəyi bir vaxtda,  Suriya lideri Bəşər Əsəd, "Zəfər bizim olacaq" və "Özümüzü müdafiə edəcəyik" deyərək bütün dünyaya meydan oxuyub. Livan mətbuatına görə qərargahlarına "Zəfərlə çıxacağıq" deyən Əsəd, Suriya Dövlət Televiziyasındakı nitqində "Suriya hər cür hücuma qarşı özünü müdafiə edəcək. Xarici təhlükələr bizim prinsiplərimizi və azadlığımıza bağlılığımızı artırır" deyib. Əsəd, Yəmənli siyasətçilərə etdiyi çıxışında, "Suriyaya istiqamətlənmiş birbaşa təcavüzkarlıq rəftarı, dərin mənşələrə sahib olan prinsiplərə və xalqımızın müstəqilliyə olan inancını gücləndirməyə daha da kömək edəcək. Suriya, hər cür təcavüzkar cəhdə qarşı özünü qoruyacaq" deyə bildirib. Əl-Cəzirə televiziyasının xəbərinə görə isə Suriya baş naziri Vail əl xalqı, "Suriya işğalçılara məzar olar. Əgər Qərb bizə hücum etsə, 1973-cü ildə Yom Kippur döyüşlərində İsrailə etdiyimiz kimi onları çaşdırar" deyib və sözlərini "Təkrar edirəm! Qərbli qüvvələr bizi məğlub edə bilməz" cümləsi ilə bitirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs