news Image
2012.05.17
17:35
| A A A
Piratlara zərbə

Movqe.az xəbər verir ki, İngiltərə Hökümət Donanması mart və aprel aylarında döyüş gəmisi "HMS Vestminster" tərəfindən Eden körfəzində batırılan pirat gəmilərinin fotoşəkillərini yayımlayıb. Bölgədə7 ay müddətində vəzifəsini icra edən gəmi beynəlxalq qüvvələrə dəstək vermişdi. Dünən də Avropa Birliyi donanmasına mənsub qüvvələr Somalidə piratlara istiqamətlənmiş iki quru əməliyyatını reallaşdırıb və çox sayda gəmini məhv edib.

Xatırladaq ki, Somalidə məskunlaşan piratlar  Hind okeanında çox sayda gəmi qaçırıb və sərbəst buraxmaq üçün küllü miqdarda pul istəyiblər. İndiyə qədər quldurların əlində 17 gəmi,300 şəxsi heyət və sərnişin olduğu güman edilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs