news Image
2012.05.17
17:37
| A A A
Türk seriallarına qadağa qoyuldu

Movqe.Az CNN-nə istinadən bildirir ki, Orta Şərq və Orta Asiyada izlənilmə rekordu qıran türk

serialları Tacikistanda qadağan edilib.

"Tajikkino" Dövlət İdarəetmə Direktoru, Dövlət Səfərov türk seriallarının terror, həddindən artıq şiddət ehtiva etdiyini bildirib.

Ölkədə son dövrdə məşhur olan türk istehsalı "Kollama", "Yusuf Yüzlü", "Kurtlar Vadisi", "Tek Türkiye" və "Yeşeren Düşler" adlı serialların yayımlanmasına qadağa qoyulub.

Serialların tərcümə edilib satılması da qadağan edilib.

D.Səfərov bu serialların tamaşaçılarının əhəmiyyətli qismi olan gənclərin inkişafına mənfi təsir etdiyini bildirib.

Səfərov bu qadağanı yalnız türk seriallarına deyil, terror, şiddət ehtiva edən cizgi filmlərə, Amerika, Avropa və Rus istehsalı olan filmlərə də aid edib.