Əlaqə Arxiv
news Image
2012.05.18
14:52
| A A A
"Hücumlarda Əl-Qaidənin əli var"

Movqe.Az bildirir ki, BMT-nın katibi Ban Ki-mun, Suriyada təşkil edilən terror hücumlarının arxasında Əl-Qaidə terror təşkilatının olduğuna inandığını bildirib.

Ban etdiyi çıxışında, Əl-Qaidənin bölgədəki varlığının "çox ciddi problemlər yaratdığını" bildirərək, "həyəcan verici və çaşdırıcı" şəkildə keçən həftədəki terror hücumlarının arxasında mütləq bu təşkilatın əli olduğuna inandığını söyləyib.

Ban Ki-mun bu çıxışını BMT-nin konfransına qatılan 2500-dən çox şagirdə xitabən edib.

Ban bundan əlavə, Suriyada şiddətin azaldılmasına çalışan silahsız BMT müşahidəçilərinə də iki hücumun təşkil edildiyini bildirib.

Şamda mayın 10-da, bomba yüklü vasitələrlə təşkil edilmiş hücumlarda 55 adam həlak olub, onlarla adam yaralanıb.

Sizin Reklam Yeriniz