Əlaqə Arxiv
news Image
2012.05.19
10:58
| A A A
Erməni icması ABŞ hökumətini yenə yanlış istiqamətə yönəldir
Azərbaycan XİN: Erməni icması Rod-Aylend ştatının qətnaməsi ilə ABŞ hökumətini növbəti dəfə yanlış istiqamətə yönəldir”.

Mövqe.az xəbər verir ki, bu haqda açıqlamanı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

O qeyd edib ki , erməni icmasının bu cür addımları Azərbaycan dövlətinə, onun beynəlxalq aləmdəki mövqeyinə mənfi təsir göstərmir, əksinə Azərbaycanın nüfuzunu daha da artırır : "Bizim icmamız bu məsələ ilə bağlı müvafiq addımlar atacaq".

Xatırladaq ki, ABŞ-ın Rod-Aylend ştatının Nümayəndələr Palatası Dağlıq Qarabağdakı oyuncaq rejimlə bağlı qətnamə qəbul edərək, ABŞ prezidentini və Konqresi "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımağa çağırıb. Qətnamənin qəbulu prosesində "Dağlıq Qarabağ Respublikası"nın təmsilçiləri və yerli erməni icmasının nümayəndələri də iştirak ediblər.

Sizin Reklam Yeriniz