Əlaqə Arxiv
news Image
2013.10.04
15:32
| A A A
Abbas Abbasov: “Hesab edirəm ki, İlham Əliyev ləyaqətli xalqın ləyaqətli seçimidir”

"Mən uzun illər ümummilli lider Heydər Əliyevin, eləcə də indiki prezident İlham Əliyevin rəhbərliyi altında çalışmışam. Bu işdə hər zaman xalqa fayda vermək əsas məqsəd olub. Mənim mövqeyim hələlik dəyişməz qalır".


APA-nın məlumatına görə, bu sözləri "Azerros" analitik informasiya portalına müsahibəsində Rusiyadakı "AzərRos" Federal Milli-Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov deyib.

 

A. Abbasov bildirib ki, 1991-ci ildən bəri Azərbaycan demokratik inkişaf yolunda böyük yol qət edib və bu hərəkət ardıcıl olub: "Mən hesab edirəm ki, bu gün ölkənin inkişafı və tərəqqisinin əsas şərti sabitlik və Azərbaycanın inkişaf kursunun varislik prinsipidir. Qurulmuş olanlar dağıdılmamalıdır. Mənim fikrimcə, kurs düzgün seçilib və davam etdirilməlidir. Məhz bu, Heydər Əliyevin əsasını qoyduğu demokratik vətəndaş cəmiyyətini qorumağa imkan verəcək. Biz onun xatirəsinə layiq olmalıyıq. Hamımız seçkiyə gedərək səs verməliyik. Hesab edirəm ki, İlham Əliyev ləyaqətli xalqın ləyaqətli seçimidir". 

Sizin Reklam Yeriniz