news Image
2012.05.21
11:24
| A A A
Polis müdaxilə edib

Movqe.Az xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərindəki NATO zirvəsinə etiraz edən nümayişçilərə polis müdaxilə edib. Hadisə zamanı70 nəfər nəzarət altına alınıb.

"Grant Park"da toplaşan minlərlə nümayişçi zirvənin keçirildiyi "McCormack Convention" mərkəzinə doğru yürüyüş etmək istəyiblər. Polis bibər qazı istifadə edərək nümayişçilərin irəliləməsinə maneə törədib. Polis müdaxilə etməmişdən əvvəl ingilis və ispanca xəbərdarlıq edərək yolların dərhal boşaldımasını tələb edib. Amma müqavimət göstərən qara maskalı etirazçılarla polis arasında qarşıdurmalar çıxıb.Yaranan hadisələrdə yaralanan nümayişçilər təcili yardımla xəstəxanalara çatdırılıb.

NATO etirazına qatılan amerikalı İraq və Əfqanıstan veteranları döyüşün mənasız bir şey olduğunu, siyasətçilərin hər vaxt öz mənfəətləri üçün çalışdıqlarını bildirib. İraq veteranlarından Greg Miller NATO zirvəsinə olan reaksiyasını göstərmək üçün medalını çıxardıb zibilə atıb. Nümayişə dəstək verən digər veteranlar da medalları ilə qürur duymadıqlarını, döyüşdən sonra məyus olduqlarını bildiriblər. Nümyaiş ərzində "NATO çək əlini Əfqanıstandan, NATO çək əlini Pakistandan" şüarları söylənilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs