news Image
2012.05.22
11:09
| A A A
Gül və Obama NATO zirvəsin toplantısında görüşüb
Movqe.Az BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində NATO zirvəsinə qatılan Türkiyə Prezidenti Abdullah Gül, ABŞ Prezidenti Barak Obama ilə ayrı bir yığıncaqda bir görüşüblər.
Anadolu Agentliyinin bildirdiyinə görə, Abdullah Gül Obamaya Türkiyənin terrorla mübarizə mövzusunda ABŞ-dan tələblərinin qarşılanmasını gözlədiklərini söyləyib.
Gül, xüsusilə silahlı pilotsuz təyyarələrin satışı ilə bağlı nəticə ala bilmədiklərini bildirib.
Obama da satış rəhbərliyinin tək edə biləcəyi bir iş olmadığını bildirərək, qarşıda Konqresin olduğu və bu mövzuda çalışdıqlarını söyləyib.
Abdullah Gülün gündəmə gətirdiyi digər bir mövzu isə iqtisadiyyatla bağlı olub.
Rusiya ilə aralarındakı inkişaf edən iqtisadi əlaqələri nümunə gətirərək, ''Siz bizim müttəfiqimizsiniz. Başqa sözlə bu fərqliliyin bu şəkildə olmaması lazımdır'' sözlərini deyən Gül, Türk-Amerikan iqtisadi əlaqələrində bəzi addımların atıldığını görduklərini və təşəkkür etdiklərini, ancaq daha konkret irəliləyişlərin edilməsinin lazım olduğunu bildirib.
Məlumata görə Gül, Erməni və Kipr məsələlərinə də zamanın məhdud olması səbəbi ilə qısaca toxunaraq, ''Bu mövzudakı fikirlərimizi bilirsiniz, dəfələrlə detalları ilə izah etdik. Bunlar da bizim üçün əhəmiyyətli mövzulardır. İrəlidə bu mövzularda daha qabaqcıl bəzi nöqtələrə çatmağımz lazımdır'' deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs