Əlaqə Arxiv
news Image
2012.05.22
12:22
| A A A
Kiçik qızları təcavüz edən diplomat sərhəddən xaric olundu
Movqe.Az CNN-nə istinadən bildirir ki, İran Braziliyada üzgüçülük hovuzunda kiçik qızları təcavüz edən diplomatın vəzifəsinə son qoyub.
Əl Ərəbiyənin xəbərinə görə, İran Xarici İşlər Nazirliyindən verilən məlumatda, "İstintaqların nəticəsində, Braziliyadakı İran Səfirliyində vəzifəli iranlı diplomatın davranışları cəmiyyət və İslami əxlaqla uyğunlaşmır və bu səbəblə diplomatın vəzifəsinə son verilib".
Braziliya mətbuatı, diplomatın 51 yaşlı Hikmetullah Qurbani olduğunu və keçən ay paytaxt Braziliyadakı üzgüçülük hovuzunda yaşları 9 və 15 olan 4 qıza təzavüz etdiyini yazıb.
Diplomatın hadisədən sonra həbs olunduğu, ancaq toxunulmazlığı olduğu üçün sərbəst buraxıldığı qeyd edilib.
İran Səfirliyi isə hadisədən dərhal sonra diplomatını müdafiə edərək, iddiaların "mədəni səhv kimi başa düşülməsindən" qaynaqlandığını bildirib.
Sizin Reklam Yeriniz