Əlaqə Arxiv
news Image
2013.10.28
12:49
| A A A
Azərbaycanın xarici işlər naziri Nyu-Yorka səfər edib

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb.


XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində "BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi" mövzusunda keçiriləcək BMT TŞ-nın yüksək səviyyəli iclasında iştirak və sədrlik etməkdir.

 

İclas çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və eyni zamanda iclasın yekunu olaraq BMT TŞ-da Azərbaycan sədrliyinin bəyanatı nəzərdə tutulur. 

 

BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi üzrə BMT TŞ çərçivəsində bu kimi ilk təşəbbüsün müəllifi olan Azərbaycan BMT TŞ-da sədrliyi dövründə bu mövzunun daha da inkişaf etdirilməsi və iki təşkilat arasında əməkdaşlığın müxtəlif formalarının müəyyən edilməsini qarşısına prioritet məqsədlərdən biri kimi qoyur.

 

Xatırlatmaq istərdik ki, rotasiya qaydasına uyğun olaraq 1 oktyabr 2013-cü il tarixindən etibarən BMT TŞ-da sədrlik Azərbaycana keçib.

Sizin Reklam Yeriniz