news Image
2012.05.24
16:20
| A A A
Seçkilərin ikinci günü

Movqe.Az BBC-yə istinadən bildirir ki, Misir xalqı Mübarəkin hakimiyyətdən uzqlaşdırılmasından 15 ay sonra yeni prezidentini seçmək üçün səsvermə müddətinin ikinci gününü yaşayır.
Başda paytaxt Qahirə olmaq üzrə ölkənin dörd bir tərəfində seçicilər səs vermək üçün səhər açılan seçki məntəqələrinin qarşısında gözləyirlər.
50 milyon seçicinin səs verməsi gözlənilən seçkilərdə ciddi təhlükəsizlik tədbirləri görülüb.
Seçkilərin ilk günündəki iştirakın parlamentin gözlədiyi qədər yüksək olmadığı bildirilib.
Prezident vəzifəsi üçün yarışan 13 namizəddən 5-i siyasi partiyalar tərəfindən dəstəkləndiyi halda, 8-i müstəqil olaraq seçkiyə qatılıb.
Səslərin hesablanması bu axşam başlanacaq.
Seçkilərin birinci turunda namizədlərdən hər hansı biri 50 faizi keçə bilməsə, ən çox səs yığan iki namizəd arasında iyun ayının 16 və 17-si seçkilərin ikinci turu keçiriləcək.