news Image
2012.05.29
13:00
| A A A
ŞKTC pasportlarda adını dəyişdirir

Movqe.Az xəbər verir ki, ŞKTC-də Nazirlər kabineti mayın 23-də aldığı qərarla ŞKTC pasportlarında yazılan "KKTC" yazısı çıxarılır.

Qurum "KKTC" yerinə, "Kipr Türk Respublikası" adının İngiliscə qısaltması olan "CTR" adının qoyulmasına qərar verib. Nazirlər kabineti ikinci bir qərarla da şəxsiyyət və pasportlara əlavə "Kiprli Türk" yazılmasını gündəmə gətirib. Məsələ ilə bağlı şərh verən ŞKTC daxili işlər naziri Nazim Çavuşoğlu nazirliyin bundan sonra da "KKTC" ifadəsi qorunacağını açıqlayıb. 

"Ancaq beynəlxalq uyğunluq üçün pasportların iç səhifəsinə "CTR" də yazılacaq" deyib. "Milliyyet" qəzetinin aprelin 16-da nəşr olunan buraxılışında "İşdə B planı" başlıqlı xəbərdə ŞKTC-in adının dəyişdiriləcəyi yazılmışdı. "Milliyyet"ə açıqlama verən yüksək çinli məmurlardan biri, "Cənubi Kiprin 1 iyuldan etibarən quruma müvəqqəti sədrlik edəcəyini və bundan sonra AB və digər ölkələrlə əlaqələrin kəsiləcəyini bildirmişdi: "Bu andan sonra Kiprlə müzakirələrin davam etməsi gözlənilmir. Məhz o tarixdən sonra B planı dövrəyə girəcək." 

ŞKTCin adı "Kipr Türk Dövləti olacaq " açıqlanmışdı. ŞKTC İslam Konfransı Təşkilatında da, Kipr Türk Dövləti olaraq təmsil edilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs