Əlaqə Arxiv
news Image
2012.05.29
18:13
| A A A
Misirdə seçki nəticələri ortalığı qarışdırdı

Movqe.Az xəbər verir ki, Misirdə Mübarək rejiminin devrilməsindən 15 ay sonra keçirilən ilk prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb. Müsəlman Qardaşların namizədi Məhəmməd Mursi mübarizədə daha çox səs toplayıb. Mursi ilə birlikdə Hüsnü Mübarək dövrünün sonuncu baş naziri Əhməd Şefikin ikinci dövrəyə qalması isə ölkədə etirazlara səbəb olub.

Paytaxt Qahirə və İskəndəriyədə minlərlə adam küçələrə tökülüb. Qahirədə Şefikin seçki bürosuna təşkil edilən hücum nəticəsində kiçik yanğın da olub. Hadisə anında büroda olan şahidi yaşananları belə anladıb: "Kim olduğu bilinməyən bəzi quldurlar gəldi və anbara od vurdular. Nə üçün etdiklərini bilmirəm. Qutudan çıxan nəticəyə hörmət edilməlidir."

Misirli təhlükəsizlik rəsmiləri, yanğının insan ölmünə ya da yaralanmasına gətirib çıxarmadığını, ancaq seçki bürosunda olan afişa və seçki posterlerinin yandığını bildirib.

Digər tərəfdən Məhəmməd Mursinin 24,3% və Əhməd Şefikin 23,3% səs qazandıqları seçkilərin birinci mərhələsində 21faiz səs qazanan sol meylli Əl Karamah partiyasının namizədi Həmdin Sabbahi, seçkilərin nəticələrinə etiraz edib. Seçkinin saxtalaşdırıldığını deyən Sabbahi dəstəkçiləri ilə Əhməd Şefikin namizədliyinə qarşı çıxanlar etirazçılar nümayişlər üçün inqilabın simvolu olan "Tahrir" meydanında görüşüblər.

Misirdə yeni respublika başçısını təyin edəcək ikinci dövr səs vermə 16-17 iyun tarixlərində keçiriləcək.

Sizin Reklam Yeriniz