news Image
2011.11.23
20:06
| A A A
Səyyad Aranın YAP-ın Siyasi Şurasına üzv olmaq istəyinə mənfi cavab verilib

Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu, parlamentin sabiq deputatı Səyyad Aranın Yeni Azərbaycan Partiyasına (YAP) bərpa olunması ilə bağlı müraciətinə mənfi cavab verilib. YAP-dakı mənbənin Modern.az saytına verdiyi məlumata görə, bu günlərdə Milli Məclis Aparatında yeni vəzifəyə təyin olunan S.Aran hakim partiyanın Siyasi Şurasına üzv olmaq üçün ərizə verib, amma onun ərizəsinə baxılmayıb.

Mənbənin məlumatına görə, "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa görə, xarici ölkələrdə diplomatik fəaliyyətə göndərilən şəxslərin siyasi mənsubiyyəti olmamalıdır. Bu səbəbdən də Səyyad Aran hələ 2006-cı ilin sentyabrında İstanbula diplomatik xidmətə göndərilərkən YAP-ın üzvlüyündən və Siyasi Şurasından çıxıbmış. 2010-cu ilin mayında konsul vəzifəsindən geri çağırılan S.Aran yenidən YAP Siyasi Şurasına üzv olmağa çalışıb, amma onun cəhdləri bü günədək nəticə verməyib. S.Aran hazırda Milli Məclisin Aparat Rəhbərinin Xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışır.

Xatırladaq ki, Səyyad Aran YAP-ın yaradılmasında və keçmiş prezident Heydər Əliyevin hakimiyyətə gəlməsində iştirak edən "91-lər"dən biridir. Hazırda YAP-ın Siyasi Şurasında 89 nəfər təmsil olunur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs