Əlaqə Arxiv
news Image
2013.12.29
10:53
| A A A
Mübariz Qurbanlı: “2013-cü il ölkəmiz üçün uğurlu il olub”

"Azərbaycan son illər ərzində həm bölgədə, həm də dünyada çox böyük nüfuz qazanmış sürətli inkişaf edən ölkələr sırasına daxil olub. Başa çatmaqda olan 2013-cü ildə də ölkəmiz dinamik inkişaf prosesini davam etdirib. Bəlli olduğu kimi, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış və bu gün bu strateji kursu uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin edib". Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Mövqe.az-a deyib.

M.Qurbanlı bildirib ki, hər bir ölkənin inkişafının göstəriciləri ilk olaraq, rəqəmlərdə ifadə olunur. Onun sözlərinə görə, ümumi daxili məhsulun artımı, sənaye və kənd təsərrüfatı istehsalının yüksəlməsi, yeni iş yerlərinin açılması, bütövlükdə əhalinin real gəlirlərinin artması, rihafının yaxşılaşması və s. kimi faktorlar bütövlükdə dövlətlərin inkişafının indikatorlarıdır.


"Əlbəttə ki, hər bir dövlətin inkişaf səviyyəsi müəyyənləşdirilərkən, beynəlxalq təşkilatların, maliyyə qurumlarının hesabatları nəzərə alınır. Məhz burada tərtib olunmuş reytinq sıralamalarında dövlətlərin inkişafının ilkin göstərici qismində investisiya cəlbetmə baxımından hansı üstünlüyə malik olması təsvir edilir. Digər tərəfdən, həmin ölkələrin iqtisadi baxımdan etibarlılığı diqqətdə saxlanılır. Aydındır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun nəticəsi olaraq, Azərbaycan iqtisadi sahədə keçid dövrünü arxada qoyub. Əlbəttə ki, bu gənc bir dövlət üçün çox ciddi bir göstəricidir. Bütövlükdə, 2013-cü il Azərbaycanda təkcə sosial-iqtisadi nailiyyətlərlə yadda qalmayıb. Bu ildə də keçən dövrlərdə olduğu kimi, ölkəmizdə ictimai-siyasi sabitlik qorunub saxlanılıb, vətəndaş həmrəyliyi, cəmiyyət daxilində ictimai inam, harmoniya, xalqla hakimiyyət arasındakı vəhdət daha da möhkəmlənib, siyasi hakimiyyət isə insan amilini prioritet götürərək xalq üçün çalışıb. Bir sözlə, 2013-cü il ölkəmiz üçün uğurlu il olmuşdur" - deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Sizin Reklam Yeriniz