news Image
2012.05.31
19:06
| A A A
Xəzərdə yeni silahlanma yarışı başlanır
Dənizə həddən artıq hərbi qüvvənin cəmləşdirilməsi Xəzər status probleminin çözümünd də ciddi əngələ çevrilir

Sahilyanı ölkələrin Xəzəri sülh dənizinə çevirmək təşəbbüsü getdikcə daha ciddi şəkildə fiaskoya uğramaqdadır. Elə bunun nəticəsidir ki, əvvəlki illərdən fərqli olaraq dənizə getdikcə daha böyük həcmdə hərbi texnika cəmləşdirilməkdədir. Qarşıdakı dövr ərzində isə ümuiiyyətlə Xəzərdə heç bir ehtiyac olmadığı halda daha böyük miqdarda hərbi qüvvə yerləşdirilməsi gözlənir.

Belə ki, Xəzəryanı ölkələr İran istisna olunmaqla 2012-2020-ci illər ərzində qədər Hərbi Dəniz Qüvvələri və sahil mühafizəsinin döyüş sıralarına ümumilikdə 60-a yaxın hərbi gəmi və kater daxil edə bilər. Artıq cari ilin başlanğıcından ötən 5 ay ərzində Rusiya Xəzər dənizinə 1, Qazaxıstan isə 2 hərbi gəmi (1-i sahil mühafizəsi üçün) daxil edib. İyun-iyul aylarında Rusiya daha bir gəmini Xəzər flotiliyasının döyüş tərkibinə daxil etməyi planlaşdırır. Türkmənistan isə yaxın aylarda Türkiyə şirkəti ilə birgə istehsal etdiyi 2 gözətçi gəmisini silahlanmaya qəbul edəcək. Bununla belə, Qazaxıstan və Türkmənistanın sifarişlərinin artırması gözlənilir.

Qeyd olunan kontekstdə "AzeriDefence"nin müxtəlif mənbələrdən əldə etdiyi məlumatlar əsasında apardığı təhlillərə görə, hazırda verilmiş sifarişlər və baxılan proqramlar üzrə 2020-ci ilə qədər Qazaxıstanın 7-9 gəmi və kater, Rusiyanın ən azı 18, Türkmənistanın 12 gəmi və kater inşa etdirməsi mümkündür. Təbii ki, belə vəziyytdə Azərbaycanda ən azı öz təhlükəsizliyi naminə Xəzrədə hərbi gücünü artırmağa məcburdur. İstisna edilmir ki, qarşıdakı 7-8 il ərzində , Azərbaycanın 16-18 arası gəmi və kater inşa etdirməsi reallaşısın. Sifarişlərdən bəlli olduğu qədər Rusiya və Qazaxıstan əsas ağırlığı artilleriya-raket katerlərinə, kiçik qabaritli desant və mina-tral gəmilərinə, Azərbaycan və Türkmənistan isə sərhəd-gözətçi gəmilərinə və iti sürətli katerlərə verəcək.

Ekspertlər hesab edir ki, dənizin bu şəkildə hərbiləşdirilməsi onun status probleminin də çözülməsini çətinləşdirir.

Digər tərəfdən o da aydındır ki, Xəzər dənizində beynəlxalq təhlükəsizlik təmin olunmayınca dənizin statusu üzrə razılaşma əldə etmək mümkün olmayacaq. Düzdür, 18 noyabr 2010-cu tarixində tərəflərin Xəzər dənizinin təhlükəsizliyinə dair imzaladığı saziş var. Lakin bu saziş amorf mahiyyət daşıyır. Çünki burada hərbi-siyasi təhlükəsizlik məsələləri müəyyən olunmayıb. Bu halda, Xəzər dövlətləri regionda təhlükəsizliyə dair razılıq əldə etməyincə hərbiləşməkdə davam edəcək. Onu da xatırladaq ki, Xəzərin statusu problemi SSRİ dağıldıqdan sonra İranın 1921 və 1940-cı il tarixli Sovet-İran müqavilələrini tanımaqdan imtina etməsi və dəniz hissəsinə hamı ilə bərabər iddiaları haqqında bəyan etməsilə yaranıb. Hərçənd, sovet dövründə mövcud olan Astara-Həsənqulu bölücü xəttinə əsasən, İranın payı 12% təşkil edirdi. Sonrakı danışıqlar prosesi zamanı Azərbaycan, Qazaxıstan və Rusiya bütün tərəfləri dənizin orta xətt prinsipilə bölünməsinə çağırsa da, Türkmənistan və İran bu yanaşmadan imtina edir. Maraqlıdır ki, həm bu dövlətlər, həm də Rusiya paralel şəkildə Xəzərdə hərbi gücünü durmadan artırır. Məhz elə bu da dənizdə ikinci təhlükəli məqamın formalaşmasına səbəb olur. Söhbət dənizdə yarana biləcək hərbi qarşıdurmadan gedir. Sahilyanı ölkələrin mövcud silahlanma tempini şərh edən ekspertlər bu ehtimalın getdikcə artdığını bildirir.

Artıq məlumdur ki, bu ilin birinci yarısında Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının döyüş tərkibinə iki yeni gəmi daxil ediləcək. Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik İqor Qorbul faktı təsdiq edərək vurğulayıb ki, bu il Xəzər flotiliyasının tərkibinə daxil ediləcək gəmilərdən biri 11661 layihəli "Dağıstan" tipli raket gəmisi, digəri isə 21630 layihəli "Volqodonsk" tipli kiçik artilleriya gəmisi olacaq. "Dağıstan" Xəzər dənizində istənilən donanmanı məhv etməyə qadir olan "Tatarıstan" gəmisi ilə tandem təşkil etməlidir. Bu gəminin əsas silahı isə "Kalibr-HK" raket kompleksidir. Atış məsafəsi 300 km-ə çatır. Onun köməyi ilə təkcə gəmilər yox, ərazinin dərinliyində olan hədəflər də məhv edilə bilər. "Tatarıstan"da X-35U raketilə "Uran" kompleksi quraşdırılıb. Atəş məsafəsi 280 km-dir.

Hər iki gəmi Tatarıstandakı Zelenodolski Layihə-Konstruktor Bürosu tərəfindən layihələşdirilib. Gəmilər "stels-texnologiya" üzrə istehsal olunub. Ümumilikdə isə Rusiya Xəzər flotiliyası 2020-ci ilədək ən azı 16 gəmi almaq niyyətindədir. Bundan öncə isə cənub qonşumuz da Xəzərdə hərbi gücünü daha da artırmaq niyyətində olduğunu bəyan edib. İranın müdafiə naziri, general Əhməd Vahidi bundan öncə bildirib ki, ölkəsi Atlantik okeanına ölkənin Hərbi Dəniz Donanmasının gəmilərini göndərmək niyyətindədir. Onun sözlərinə görə, İran Xəzər dənizi, Fars və Oman körfəzi, Hind okeanı və digər beynəlxalq sularda əhəmiyyətli mövcudluğa malikdir və həmçinin Atlantik okeanında mövcudluğunu həyata keçirmək niyyətindədir.

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs