news Image
2011.11.23
20:06
| A A A
Azərbaycan Qəbələ RLS-in icarə qiymətini qeyri-adekvat hesab edir

Rusiya Federasiyasının Qəbələ RLS-in icarəsinə görə ödədiyi məbləğ stansiyanın dəyəri və Azərbaycanın risklərinə qeyri-adekvatdır.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov "İnterfaks-Azərbaycan" agentliyinə verdiyi açıqlamada deyib.

"Bu gün Rusiyanın informasiya-analitik mərkəz statusuna malik Qəbələ RLS-in icarəsinə görə hər il ödədiyi 7 mln. dollar məbləğində vəsait qeyri-adekvatdır", - deyə A.Əzimov Azərbaycan tərəfinin Qəbələ RLS-dən istifadəyə görə icarə haqqını artırmaq niyyətini şərh edərkən bildirib. "Ödənilən məbləğ, bir tərəfdən, RLS-in Rusiyanın maraqları, regional və beynəlxalq təhlükəsizlik üçün dəyəri və vacibliyinə adekvat deyil. Digər tərəfdən isə bu məbləğ stansiyanın öz ərazisində fəaliyyət göstərməsinə icazə verən Azərbaycanın riskləri və təhlükələrinə uyğun deyil", - deyə diplomat qeyd edib.

O bildirib ki, deyilənləri nəzərə alaraq, RLS-in icarə haqqı bir neçə dəfə artırılmalıdır.

"Digər ölkələrin, həmçinin Rusiyanın başqa ölkələrdə belə obyektlərlə bağlı təcrübəsi ödənişlərin dəfələrlə artırılmasının zəruri olduğunu deməyə əsas verir", - deyə A.Əzimov əlavə edib.

Qəbələ RLS-in icarə müddəti 2012-ci ilin sonunda başa çatır. Azərbaycan və Rusiya Federasiyası stansiyanın icarə müddətinin uzadılması haqqında danışıqlara başlayıblar. Bu məsələ həmçinin ötən həftə Rusiya Federasiyası və Azərbaycanın müdafiə nazirləri Anatoli Serdyukov və Səfər Əbiyevin görüşündə müzakirə edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs