news Image
2014.01.14
16:59
| A A A
Ərdoğan: "Türkiyədə demokratiya təhlükə altındadır"

Baş nazir antikorrupsiya adı altında aparılan əməliyyatların təkcə hakim partiyaya deyil, həm də bütün ölkəyə qarşı yönəldildiyini bildirib

"Türkiyədə demokratiya təhlükə altındadır."


"TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının növbəti iclasında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, Türkiyədə antikorrupsiya adı altında aparılan əməliyyatlar təkcə hakim partiyaya deyil, həm də bütün ölkəyə qarşı yönəldilib: "Hökuməti zəiflətmək istəyən qruplaşmaların fəaliyyəti dayandırılmasa, bu hərəkətlər gələcəkdə təkrarlanacaq".


Baş nazir qeyd edib ki, Türkiyədə baş verən hadisələr çevrilişdir və martda keçiriləcək bələdiyyə seçkilərinin pozulmasına yönəldilib: "Türkiyə bu problemlərin öhdəsindən gələcək".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs