news Image
2012.06.01
19:11
| A A A
XİN: Ermənistan sülh danışıqlarını pozmaq istiqamətində növbəti cəhd göstərir
Təkcə son ay ərzində beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü təsdiqləyən hesabatlarla çıxış ediblə "İşğal olunmuş Dağlıq Qarabağa və ətraf rayonlara nəzarət edən separatçı rejim heç bir ölkə, beynəlxalq təşkilat, o cümlədən BMT tərəfindən tanınmır". Bu barədə APA-ya açıqlamasında Ermənistanın BMT-dəki nümayəndəliyi tərəfindən "DQR XİN"in bəyanatının BMT baş katibi və BMT TŞ üzvlərinə təqdim olunmasını şərh edən Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.
E. Abdullayev bildirib ki, BMT də daxil olmaqla beynəlxalq birlik Dağlıq Qarabağı və işğal altındakı ətraf rayonları Azərbaycan ərazisi olaraq tanıyır: "Ermənistan dərk edir ki, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü, eləcə də məcburi köçkünlərin öz evlərinə dönmək hüququnu dəstəkləyir".
XİN sözçüsü həmçinin onu da xatırladıb ki, təkcə son ay ərzində bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən hesabatlarla çıxış ediblər. O qeyd edib ki, Ermənistanın işğalçı siyasəti BMT tərəfindən rəsmi şəkildə pislənir. Belə ki, bu təşkilat işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: "Ermənistanın son addımı sülh danışıqlarını pozmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq istiqamətində növbəti cəhddir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs