news Image
2014.01.18
16:12
| A A A
Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlaya bilər
Elşən Manafov: "Azərbaycan terrora məruz qalan tərəf kimi NATO ilə bahəm beynəlxalq terrorizmə qarşı mübarizəyə bundan sonda da öz töhvəsini verəcək" Elman Nəsirli: "Belə görüşlər Azərbaycan ordusunun NATO standartına keçidi üçün də yeni imkan və perspektivlər açır"

Proseslərin gedişi göstərir ki, dünyanın ən güclü hərbi bloku sayılan NATO Azərbaycanla tərəfdaşlığın bir çox sahələri üzrə dilaoqu və əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Analitiklər hesab edirlər ki, bu günlərdə Brüsseldə baş tutan yüksək səviyyəli görüş ikitərəfli əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu nümayiş etdirib. Azərbaycanın NATO üçün nə qədər əhəmiyyətli olduğunu hərbi alyansın rəhbəri açıq şəkildə bəyan etdi.

Brüsseldə Prezident İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında baş katib Anders Foq Rasmussen bildirdi ki, Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır və blok, əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Etibarlı və sadiq tərəfdaş olmaqla yanaşı, Azərbaycan bu gün NATO üçün həm də potensial əməliyyat tərəfdaşıdır. Ölkəmiz qurumun həyata keçirdiyi antiterror əməliyyatlarında ona hərtərəfli dəstək olub və olmaqda davam edir. Azərbaycan ordusu da tədricən NATO standartlarına uyğun olaraq formalaşır. Bir sözlə, NATO-Azərbaycan əlaqələri getdikcə daha intensiv xarakter alır. Heç şübhəsiz, Prezidentin Brüssel səfəri NATO-Azərbaycan siyasi dialoqunun dərinləşməsi deməkdir. Politoloq Elşən Manafov prezidentin Brüssel səfəri ilə Azərbaycanın NATO ilə əməkdaşlığında yeni səhifənin açıldığını dedi: "Azərbaycanla NATO arasında əməkdaşlığın əsası hələ 1994-cü ilin may ayında qoyulub. O zaman Azərbayan NATO-nun sülh naminə əməkdaşlıq proramına qoşulmuşdu. 1998 və 2002-ci illərdə isə Azərbaynla NATO əməkdaşlığı ölkəmizin bu mötəbər təşkilata assosiativ üzv olması ilə nəticələnmişdi. Bir neçə dəfə Azərbaycanla NATO arasında birgə hərbi təlimlər də keçirilib. Bu gün Azərbaycan ordusunun NATO snatdartları üzrə qurulması ilə bağlı da konkret fikir və mülahizələr söyləyə bilərik. Amma ölkəmizin bir sıra parametrlərə görə quruma üzv olması hələ ki, mümkün deyil. Bu qurumla əməkdaşlıq nə qədər zəruri olsa da yaxın perspektivdə güman etmirəm ki, NATO-nun üzvü ola və onunla əməkdaşlığı daha fərqli müstəviyə çıxara bilərik. Qurumun nizamnaməsinə görə, NATO münaqişədə olan tərəfləri üzvlüyə qəbul etmir. Azərbaycan isə bildiyiniz kimi, Ermənistanın təcavüzü səbəbindən onunla münaqişə vəziyyətindədir. Ölkəmizin yaxın perspektivdə NATO-ya üzvlüyü bölgədəki bir sıra geosiyasi reallaqlar baxımından da mümkün deyil. Azərbaycanın NATO-ya üzvlüyü bölgə dövlətləri olan Rusiya və İranla münasibətlərdə bir sıra ciddi problemlərin yaşanmasına səbəb ola bilər. Hərçənd, suveren dövlət kimi Azərbaycan istənilən beynəlxalq təşkilata üzv olmaqda sərbəstdir. Sadəcə olaraq, müəyyən regional təhlükəsizliklə bağlı amilləri nəzərə alsaq, hələlik ölkəmizin NATO ilə münasibətlərini günün tələbləri səviyyəsində saxlamaq olar. Bildiyimiz kimi, Azərbaycan NATO ilə birgə beynəlxalq terrorizmə qarşı mübarizədə iştirak edir. Azərbaycanla NATO arasında əməkdaşlıq təkcə ordumuzun bu qurumun standartlarına uyğun şəkildə qurulmasını özündə ehtiva etmir. Eyni zamanda, Azərbaycan NATO-dakı digər dövlətlərlə bahəm Kosova, İraq və Əfqanıstanda beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edən ölkələrdən biridir. Prezidentin Brüsselə olan səfəri zamanı Azərbaycan Əfqanıstanla bağlı kampaniyaya öz büdcəsindən daha 1 milyon dollar vəsait ayırdı. Əfqanıstandakı NATO qoşunlarının təchizatı ilə bağlı məsələlərin 40 faizi Azərbaycan səması vasitəsilə reallaşır. Bu 40 faiz silah-sursat məsələsinə aid olmasa da, Əfqanıstandakı NATO kontingenti üçün kifayət qədər ciddi faktor sayıla bilər. Güman edirəm ki, ölkəmizin NATO ilə əməkdaşlığı bundan sonra da davam edərək genişlənəcək. Azərbaycan terrora məruz qalan tərəf kimi NATO ilə bahəm beynəlxalq terrorizmə qarşı mübarizəyə bundan sonda da öz töhvələrini verəcək. Amma yaxın perspektivdə Azərbaycanın NATO üzvlüyü ilə bağlı məsələnin müsbət mənada öz həllini tapacağını hələlik istisna edirəm. Bu qurumla Azərbaycan tərəfinin birgə görüşləri heç şübhəsiz, Azərbaycan ordusunun NATO standartına keçidi prosesini də sürətləndirəcək. Son görüş də bu məsələyə öz töhfəsini verəcək. Əslində, Azərbaycanın müdafiə sistemində baş verən dəyişikliklər,

islahatlar Azərbaycan-NATO münasibətlərinin daha fərqli bir müstəviyə gətirilməsi və ordumuzun həmin standartlar üzrə qurulması ehtiyacından irəli gəlir. Bütün hallarda Azərbaycan münaqişəyə cəlb olunmuş tərəfdir. Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində BMT-nin 51-ci maddəsinin ölkəmizə təcavüzkara qarşı müharibə elan etməyə də əsas verdiyini nəzərə alsaq, Azərbaycan separatçı Dağlıq Qarabağın terrorçu rejiminə qarşı antiterror əməliyyatı aparacaq. Qardaş Türkiyənin də NATO üzvü olduğu nəzərə alınsa, bu baxımdan da Azərbaycanın qurumla əməkdaşlığı bundan sonra da genişləndirməsi ölkəmizin milli təhlükəsizlik maraqları baxımından anlaşılan və vacibdir".

Politoloq Elman Nəsirli isə vurğuladı ki, NATO-Azərbaycan siyasi dialoqunun dərinləşməsi qarşılıqlı əlaqələrin də dərinləşməsinə gətirib çıxaracaq: "Azərbaycan-NATO münasibətləri Prezident İlham Əliyevin Belçikaya olan sayca 5-ci səfəri zamanı da bir daha təsdiqləndi ki, strateji xarakterə malikdir. Hər iki tərəf bir-birinin qarşılıqlı maraq dairəsində olan tərəflərdir. Azərbaycan NATO-ya böyük dəstək verir, NATO-nun sülhyaratma qüvvələrinin tərkibində iştirak edib və edir. Bundan başqa, Azərbaycan Əfqanıstanda milli ordunun etimad fonduna 1 milyon dollar ayırıb və daha 1 milyonun ayrılacağı barədə qərar qəbul edib. Həmçinin, Əfqanıstandakı proseslərə yardım üçün aparılan dağıdıcı gücə malik olmayan məmulatların 40 faizi məhz Azərbaycan hava məkanı vasitəsilə daşınır. Bunlar ölkəmiz tərəfindən verilən böyük töhfələrdir. Bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq münasibəti olduğundan NATO da Azərbaycan silahlı qüvvələrinin güclənməsi, möhkəmlənməsi və onun NATO standartına uyğunlaşması yolunda addımlar atır. Qurum Azərbaycan ərazilərinin minadan təmizlənməsi layihələrinə texniki və maliyyə dəstəyi göstərir. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartına uyğun olaraq möhkəmlənməsi həm də dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dolayısı olsa da bir töhvədir. Düzdür, NATO münaqişənin tənzimlənməsi prosesində birbaşa iştirak etmir. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartına uyğunlaşması, ora daxil olan ölkələrdən ən müasir silahların alınması təbii ki, ölkəmizin son dərəcədə güclənməsinə gətirib çıxarır. Güclənmiş Azərbaycanın isə bu fonda cəlb olunduğu münaqişəni həll etmək imkan və potensialı artır. Bunlar da çox vacib məqamlardır. Prezident İlham Əliyevin Brüsselə olan bu səfəri də bir daha həmin reallıqları üzə çıxardı. NATO rəhbəri Rasmussen birmənalı şəkildə qeyd etdi ki, Azərbaycan Avropanın enerji təhlkəsizliyinə böyük töhfələr verir. Həmçinin, Azərbaycan Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə münasibətdə də ciddi rola malikdir. Belə görüşlər Azərbaycan ordusunun NATO standartına keçidi üçün də yeni imkanlar açır. Dəyişən geopolitik reallıqlar fonunda Azərbaycan bu istiqamətdə də geniş addımlar ata bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs