Əlaqə Arxiv
news Image
2012.06.04
11:27
| A A A
Andorra xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb

Andorranın xarici işlər naziri Hilbert Saboyya Sunyen iyunun 3-də Azərbaycanda rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə, onun Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Görüşlərdə iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin inkişafı və perspektivləri müzakirə ediləcək.

H. S. Sunyenlə birlikdə andorralı iş adamları da Azərbaycana gəliblər. Səfər çərçivəsində Bakıda Azərbaycan-Andorra biznes forumu keçiriləcək.

Sizin Reklam Yeriniz