news Image
2014.01.19
16:24
| A A A
Türkiyə hökuməti interneti məhdudlaşdırır
İnternetə girişi məhdudlaşdırmağa və beynəlxalq şəbəkədə olan istifadəçilərin fəaliyyətlərinin monitorinqini aparmağa kömək edəcək qanun layihəsi etirazlara səbəb olub

Dünya Türkiyədə hökümətə internetə girişi məhdudlaşdırmağa və beynəlxalq şəbəkədə olan istifadəçilərin fəaliyyətlərinin monitorinqini aparmağa kömək edəcək qanun layihəsi qaynar mövzuya çevrilib. Movqe.az-ın məlumatına görə, mövcud qanunvericiliyə düzəliş parlament səsverməsindən keçəcəyi təqdirdə hökumət eyni zamanda bütün internet istifadəçilərinin 2 il ərzindəki fəaliyyətləri barədə məlumatları saxlamaq səlahiyyətinə malik olacaq. Qanun qəbul olunacağı təqdirdə, İnternet istifadəçiləri hökümətin nəzarətində "İnternet Birliyi" adlı assosasiyaya daxil olmaq məcburiyyətində qalacaq. Tənqidçilər qanun layihəsinin siyasi motivli olduğunu və Baş nazir Rəcəb Tayyib Erdoğanın internet üzərindəki olan nəzarətini daha da sərtləşdirəcəyini düşünürlər. Rəsmi Ankara bunun senzura kimi qələmə verilməsini və bu yöndə ittihamları qəti şəkildə rədd edir və qanun layihəsinin əsas məqsədinin insanların şəxsi həyat toxunulmazlığının qorunması olduğunu bildirir. Bu qanun layihəsi isə yüzlərlə anti-hökümət etirazçılarını Ankara və İstanbulda küçələrə qaytarıb. Gecə saatlarında etirazçıları küçələrdən dağıtmaq üçün iğtişaş polisi rezin güllələr, gözyaşardıcı qaz və su şırnaqlarını işə salıb. İstanbulda polis Taksim meydanına və İstiqlal küçəsinə toplaşan etirazçı qrupların qurduğu (barikadaları) dağıdıb. Etirazçılar isə polisi alışqan materiallardan atəşə tutub, qarşı tərəf su şırnaqları ilə etirazçıları qovub. Ankarada isə gecə saatlarında küçələrə axışan etirazçılar, "Təslim olma" "Tayyib oğru" kimi hökümətə qarşı şüarlar səsləndirib. İnternetlə bağlı etirazlar Erdoğan hakimiyyətinin korrupsiya istintaqı ilə üzləşdiyi bir vaxta təsadüf edib. Bu administrasiyanın 11 il ərzində üzləşdiyi ən ağır böhran kimi qiymətləndirilir. Türkiyədə hökümət əleyhinə etirazlar əsasən sosial şəbəkələr üzərindən təşkil olunduğundan, Erdoğan Tvitteri "sosial təhdid" adlandırıb. Qalmaqallı qanun layihəsinin qarşıdakı həftələrdə parlamentə çıxarılacağı gözlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs