Əlaqə Arxiv
news Image
2014.01.19
16:28
| A A A
Erməni lobbisinin Türkiyədə paralel dövlət olduğu iddia olunub
Terrorçu lider Abdullah Öcalan siyasi PKK-nın üzvü olan ermənilərə məktubla müraciət edib

Dünya PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan ermənilərə məktub yazıb. Movqe.az-ın "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, HDP (PKK-nın nəzarətində olan Xalqların Demokratiya Partiyası) üzvü olan ermənilərə ünvanlanmış məktub bu gün partiyanın həmsədri Sırrı Süreyya Öndere çatdırılmalıydı.Məlumata görə hazırda Ədliyyə Nazirliyində olan məktubun sabah və ya çərşənbə axşamı günü Öndərə çatdırılması gözlənilir.Terrorçu liderin ermənilərə məktubla müraciət zərurəti KCK-nın ("Koma Ciwaken Kurdistan - Kürdüstan Cəmiyyəti Asossasiyası" PKK-nın şəhər qruplaşması) həmsədri Bese Hozatın ermənilərə istiqamətlənmiş sözlərindən sonra yaranıb. Hozat keçən həftə "Fırat" agentliyinə verdiyi müsahibədə Türkiyədə rəsmi dövlətlə yanaşı paralel dövlətin olduğunu, Fəthullah Gülen camaatı, İsrail, yunan və erməni lobbilərinin paralel dövlət olduğunu demişdi. Hozatın bu bəyanatı HDP mənsubu ermənilər tərəfindən etirazla qarşılanmış və partiya ermənilərin kütləvi istefası ilə üz-üzə qalmışdı.

Sizin Reklam Yeriniz