news Image
2012.06.04
12:19
| A A A
"ABŞ və Avropa artıq Dağlıq Qarabağ münaqişəsini arxa planda saxlaya bilməz"

"ABŞ və Avropa artıq Dağlıq Qarabağ münaqişəsini arxa planda saxlaya bilməz". APA-nın məlumatına görə, bu fikirlər Denis Korboyun "The New York Times" qəzetində dərc olunmuş "Qıcıqlandırılmış Qafqazı sakitləşdirərkən" adlı məqaləsində öz əksini tapıb.

Məqalədə qeyd olunur ki, dövlət katibi Hillari Klintonun bu həftə Ermənistan, Azərbaycan və Gürcüstana səfəri yerinə düşür: "Qafqaz regionunda konfrontasiya riski var, bu isə ABŞ və Avropanın maraqlarına təsir edə bilər. Bu səbəbdən regiona mütəmadi olaraq yüksək səviyyədə diqqət ayırmaq lazımdır".

Müəllif Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların başlanması ehtimalının yüksək olduğunu vurğulayır: "ATƏT bütün tərəfələri qane edə biləcək həll yolu tapmağa çalışır, lakin danışıqlar çoxdan dalana dirənib. Kövrək atəşkəs rejimi tez-tez pozulur. Rusiya Ermənistanı silahlandırır və bu ölkədə hərbi baza saxlayır. Azərbaycan öz zəngin neft ehtiyatlarını silahlanmaya sərf edir, bu ölkənin müttəfiqi Türkiyə isə 10 ildən artıqdır ki, Ermənistanla sərhədləri bağlayıb. Dağlıq Qarabağ münaqişəsinin donu qəfil açıla bilər".

Denis Korboy qeyd edir ki, dövlət katibi Hillari Klintonun regiona səfəri bu gərginliyi azaltmalı və Qərbin münaqişənin və qarşıdurmanın aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərəcəyinə qarantiya verməlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs