news Image
2014.01.25
10:02
| A A A
Atəş səslərində pozulan atəşkəs
Hatəm Cabbarlı: “Ermənistan ordusunun cəbhədə atəşkəsi pozması daxilə yönəlmiş addım da ola bilər” Akif Rəhimov: “Ola bilsin ki, hansısa məlumatların toplanması üçün atəşkəsi son zamanlar intensiv pozmağa başlayıblar”

Məlumdur ki, son bir həftə ərzində Ermənistan tərəfi cəbhədə atəşkəs hallarını daha intensiv şəkildə başlayıb. Hətta ATƏT-in Minsk qrupunun nümayəndələri də düşmən tərəfindən atəşə tutuldu. Bundan başqa, son günlərdə atışma nəticəsində Azərbaycan tərəfindən dah abir mülki şəxsin yaralanması qeydə alındı. Artıq Azərbaycanın hərbi təyyarələri vəziyyətin gərginləşməsi ilə əlaqədar cəbhə boyu uçuşlar həyata keçirir. Ekspertlərin fikrincə, cəbhədəki bu gərginləşmə lokal xarakterlidir.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirdi ki, atəşkəsin Ermənistan tərəfindən pozulması hər iki ölkənin xarici işlər nazirinin görüşü fonnuda xoş olmayan olaylardan biridir: "Bu gün atəşkəs kövrək mexanizm üzərində qurulub. Region mətbuatında verilən məlumatlara görə hər iki ölkənin prezidentlərinin önümüzdəki aylarda görüşmə ehtimalı var. Bu görüşmə ehtimalından əvvəl Ermənistanın atəşkəsi pozması, son günlər lokal hərbi əməliyyatların davam etməsi atəşkəsin kövrək olduğunu göstərir.

Başqa nüans isə Ermənistanın daxili siyasətində son zamanlar yaşanan hadisələrdir. Sabiq prezident Robert Köçəryan son vaxtlar Ermənistan hökumətini, xüsusi ilə baş naziri ciddi tənqid edir. Bu baxımdan Ermənistan ordusunun cəbhədə atəşkəsi pozması daxilə yönəlmiş addım da ola bilər. Atəşkəsin pozulması xüsusi ilə də ATƏT-in monitorinq qrupuna atəş açılması bir siqnal ola bilər. Ancaq hələlik bu atışmaların iri çaplı silahlara keçməsinə uyğun şərait olmasa da, belə bir təhlükə hər zaman var. Amma bu ərəfədə yaşananları müharibəyə başlamaq kimi qiymətləndirmək olmazdı. Çünki, Ermənistan atəşkəs şərtlərini pozsa da, müəyyən təzyiqlərlə qarşılaşır. Minsk qrupu hələlik hər nə qədər də ciddi nəticələr əldə etmsə də ən azından Ermənistana təzyiq göstərə bilər. Bu baxımdan lokal silahlı münaqişənin bütün cəbhə boyunca yayılacağını demək olmaz".

Hərbiçi ekspert Akif Rəhimov isə bu gərginliyi daha çox kəşfiyyat xarakterli addım hesab edir: "Ola bilsin ki, hansısa məlumatların toplanması üçün atəşkəsi son zamanlar intensiv pozmağa başlayıblar. Atəşkəs ancaq kəşfiyyat və kəşfiyyat qruplarının göndərilməsinə görə pozula bilər. Kəşfiyyat qrupları göndərə bilməzlər. Bu cür addımlar isə müharibəyə keçə bilməz. Çünki, indiki zamanda böyük dövlətlər tərəfindən Ermənistana təzyiqlər var".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs