news Image
2012.06.05
15:53
| A A A
Sarkozi işə başlayır

Movqe.Az bildirir ki, Fransanın keçmiş prezidenti Nikolas Sarkozi, həyat yoldaşı Karla Bruni ilə etdiyi 17 günlük Fez tətilindən sonra Parisdə yeni tutduğu lüks büroda işə başlayıb.

Fransa Xəbər Agentliyi, şəhər mərkəzində olduqca lüks bir məhəllədə büro tutan Sarkozinin günorta saatlarında yaxın dostu iqtisadçı Alain Mink ilə görüşdüyünü bildirib.

Keçmiş Daxili İşlər Naziri Brays Hortefeuksun keçən həftə mətbuata verdiyi məlumatında, Sarkozinin bir müddət siyasətdən uzaq qalacağını söyləyib.

Fransa mətbuatı, əsas peşəsi vəkillik olan Sarkozinin gələcək günlərdə nə işlə məşğul olacağı mövzusunda dəqiq fikrin olmadığını bildirib.

Fransa qanunlarına görə, 57 yaşlı Sarkozi Konstitusiya Şurasının təbii üzvü olaraq iş hüququna sahibdir.

Sarkozi, yaxın dostu Arnaud Klaude ilə 25 il əvvəl qurduğu vəkillik bürosunun yarı hissəsinə sahibdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs