news Image
2014.01.27
19:14
| A A A
Fransa prezidenti Türkiyədə
Fransua Olland səfərə Atatürkün qəbrini ziyarət etməklə başlayıb

Bu gün Fransa prezidenti Fransua Olland Türkiyəyə səfər edib. Movqe.az-ın məlumatına görə, prezidentin səfəri iki gün davam edəcək. Səfərin ilk günü Ankarada siyasi, ikinci günü isə İstanbulda iqtisadi yönümlü görüşlər keçiriləcək. Olland səfəri çərcivəsində ilk olaraq Anıtqəbirdə olub. Türkiyəli həmkarı Abdullah Gülün dəvəti əsasında baş tutan səfər zamanı Fransanın dövlət başçısı Atatürkün məzarı önünə əklil qoyub. Daha sonra o xatirə dəftərinə ürək sözlərini yazıb. Ollanda Abdullah Güllə Çankaya iqamətgahında görüş keçirib. Görüşdən sonra prezidentlərin birgə mətbuat konfransı keçirərək, 50 yə yaxın yerli və xarici jurnalistlərin suallarını cavablandıracağı gözlənilir. Bundan sonra Fransanın dövlət başçısı baş nazir Rəcəb Tayyib Ərdoğan və müxalifət liderlərindən olan Kamal Kılıçdaroğlu ilə görüşəcək. Qeyd edək ki, Fransua Ollandı səfəri zamanı daxili işlər, xarici ticarət, müdafiə, sənaye və inkişaf, təhsil və kənd təsərrüfatı nazirləri, Fransa-Türkiyə dostluq qrupunun rəhbəri, eləcə də 50-yə yaxın iş adamı müşayiət edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs