NATO Mərkəzi Asiya ölkələri ilə anlaşdı
NATO Qazaxıstan, Özbəkistan və Qırğızıstanla saziş imzalayıb. Sazişdə Əfqanıstandakı hərbi avtomobillərin və təchizatın bu ölkələrin ərazilərindən istifadə edilərək çıxarılması nəzərdə tutulur. Mərkəzi Asiya sazişi barədə NATO-nun baş katibi Anders Foq Rasmessen məlumat verib. NATO Əfqanıstandakı qoşunlarını bu ilin sonlarında çıxarmağa başlayacaq.