news Image
2014.01.30
19:19
| A A A
YAP Gənclər Birliyi Los Anceles Şəhər Şurasının qərarına qarşı email aksiyaya başlayıb

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Los Anceles Şəhər Şurasının qərarına qarşı email aksiyaya başlayıb. YAP Gənclər Birliyindən Movqe.az-a verilən məlumata görə, aksiyada bildirilir ki, prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün Azərbaycanın əsas düşmənlərindən biri erməni lobbisi və onun bütün türk dünyasına qarşı yönəlik əməlləridir. Qeyd olunur ki, ermənilər məhz bunun nəticəsində Amerikanın Los Anceles Şəhər Şurasının da işğal altında olan tarixi Azərbaycan torpağında, Qarabağda yaradılmış qondarma "Arsax Respublikası"nı tanımasına nail oldular: "Bu, Azərbaycan xalqının başına ermənilər tərəfindən gətirilmiş soyqırım cinayətləri, torpaqlarımızın işğal faktoru fonunda Azərbaycana qarşı atılan növbəti ədalətsiz addımdır. Los Anceles Şəhər Şurasının üzvü olan erməni əsilli Paul Qreqorianın səyi nəticəsində verilən bu qərar bizlərdə dərin təəssüf hissi doğurdu. Bu qərara etiraz olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Los Anceles Şəhər Şurasının 15 üzvünün hər birinin email ünvanına yüzlərlə Qarabağ həqiqətlərindən, erməni cinayətlərindən bəhs edən linklər, mətnlər və şəkillər göndərib. Bu gün başladılan bu email aksiyada beş yüzdən artıq YAP Gənclər Birliyinin üzvləri iştirak edib. Bu kampaniyanı müntəzəm şəkildə davam etdirəcəyik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs