Əlaqə Arxiv
news Image
2012.06.06
11:41
| A A A
Hillari Klintonun Azərbaycana səfəri başlayır
Dövlət katibi prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək

Bu gün ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri başlayır. Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri Bakıya Ermənistan və Gürcüstandan sonra gəlir.

Hillari Klinton Bakıda Azərbaycan prezidenti İlham Əliyev, azərbaycanlı həmkarı Elmar Məmmədyarov, eləcə də, vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək. Dövlət katibinin səfəri zamanı regiondakı vəziyyət, strateji tərəfdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi, habelə enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır

Sizin Reklam Yeriniz