news Image
2012.06.06
12:10
| A A A
İcazəsiz mitinqlərə qanuni maneə

Movqe.Az xəbər verir ki, Rusiyada icazəsiz küçə nümayişlərinə verilən cəzaların ağırlaşdırılmasını nəzərdə tutan qanun parlamentdə birinci oxunuşdan keçib.

Baş nazir Dimitri Medvedevin rəhbərlik etdiyi Birləşmiş Rusiya Partiyasının təqdim etdiyi qanun təklifinin müzakirələrinə parlament binası qarşısında etiraz keçirilib. Rus polisi 50-dən çox nümayişçini həbs edib. Onlardan biri də mətbuata açıqlama verdiyi vaxtda zorakılıqla həbs edilən müxalifətdəki Yabloko Partiyasının lideri Sergey Mitrokindir: "İnsanların yürüş keçirməsinə icazə verilməyəcək. heç bir şəkildə kütləvi yürüşə icazə verilməyəcək. Qanun elə deyir. Belə özbaşınalıq olmaz."

Həbs edilənlərdən 20-sinin daha sonra sərbəst buraxıldığı bildirilir. Qanun layihəsinin mətnində bu vaxta qədər bir neçə dəfə dəyişiklik edilib. Qanuna görə icazəsiz nümayiş etmək istəyən şəxs 9 min dollar pul cəriməsi ödəyəcək. Nümayiş təşkilatçılar üçün isə bu miqdar üç qat daha çox göstərilir. Rusiyada müxalifətin tənqid etdiyi qanun, 12 iyundakı "Milyonların gedişi" etirazından iki gün əvvəl qüvvəyə girəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs