news Image
2014.02.02
14:18
| A A A
Ermənistanda yaradılan KTMT-nin Akademiyası sentyabrın 1-dən fəaliyyətə başlayacaq
Ermənistanda yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Akademiyası 2014-cü ilin sentyabrın 1-dən fəaliyyətə başlayacaq. Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib. "Düşünürəm ki, bu yaxşı platforma olacaq və Ermənistanın beynəlxalq nüfuzuna müsbət təsir edəcək", deyə Artur Baqdasaryan jurnalistlərə bildirib.  Xatırladaq ki, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Akademiyasının yaradılması barədə anlaşma memorandumu ötən il imzalanıb. Memorandum təşkilatın baş katibi Nikolay Bordyuja və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Bağdasaryan tərəfindən imzalanmışdı. Artur Bağdasaryan həmçinin bildirib ki, iyulun birinci ongünlüyündə Ermənistanda xarici ekspertlərin, ictimai və dövlət xadimlərinin iştirakı ilə 1-ci beynəlxalq strateji forum keçiriləcək. Forumda təhlükəsizlik məsələləri müzakirə olunacaq. "Biz Ermənistanda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün beynəlxalq platforma formalaşdırmaq niyyətindəyik", deyə Bağdasaryan bildirərək bu cür tədbirin hər il keçiriləcəyini qeyd edib.