Əlaqə Arxiv
news Image
2014.02.04
19:06
| A A A
Rusiyanın Ermənistandakı hərbi bazasının yerləşmə məntəqələrinin sayı 21-ə çatacaq

Rusiya hökuməti Ermənistanda Rusiya hərbi bazasının yerləşmə məntəqələrinə dair ikitərəfli sazişin protokolunu təsdiqləyib. Movqe.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Atsik kəndində yerləşən hərbi şəhərciyi Ermənistana qaytaracaq. Eyni zamanda Ermənistan İrəvan və Gümrüdəki iki şəhərciyi Rusiya tərəfinə verəcək. Beləliklə, Rusiyanın Ermənistandakı hərbi bazasının yerləşmə məntəqələrinin sayı 21-ə çatacaq. Rusiya müdafiə və xarici işlər nazirliklərinə protokola prinsipial dəyişikliklər edilmədən Ermənistanla danışıqlar aparmaq tapşırılıb.

Sizin Reklam Yeriniz