Əlaqə Arxiv
news Image
2014.02.05
16:56
| A A A
Rusiyalı həmsədr: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üzərində işləyirik”

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində işləyirlər.


Bu barədə İrəvanda jurnalistlərə açıqlamasında rusiyalı həmsədr İqor Popov bildirib.

 

Onun sözlərinə görə, danışıqlar prosesi yüksək səviyyədə davam etdirilməlidir: "Prezidentlərin müzakirə aparması üçün onlara məzmunlu əsas təklif etmək lazımdır. Biz indi bunun üzərində işləyirik".

 

İ. Popov Ermənistan rəhbərliyi ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin əsas prinsipləri ilə bağlı müzakirələr aparacaqlarını söyləyib: "Bir sıra məsələlər Parisdə müzakirə olunub, qalan məsələlər üzərində isə işləyəcəyik".


Sizin Reklam Yeriniz