Əlaqə Arxiv
news Image
2014.02.07
10:07
| A A A
Satqınlıq sindromu müxaliftəin axırına çıxır
Məmməd Əlizadə: “Radikal müxalifət başqa ölkələrin düşüncələrinə söykənərək, göstərişlərinə uyğun olaraq fəaliyyət göstərir” Niyaməddin Orudxanlı: “İndiyə qədər radikal müxalifət hətta Azərbaycanın milli maraqlarına belə zərbə vurmağa hazır olduğunu göstərib”

Radikal düşərgədə yer alan müxalif qüvvələrin başqalarının əlində oyuncaq olması, xaricdən gələn sifariş əsasında fəaliyyət göstərməsi artıq heç kimə sirr deyil. Prezident İlham Əliyev regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı keçrilən konfransda bu xüsusda olduqca maraqlı açıqlamalar verdi: "Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi".

Məsələ ilə bağlı politoloq Məmməd Əlizadə bildirir ki, əslində hazırda belə qruplara müxalifət düşərgəsi də öz qiymətini verir: "Buna görə də bütün dövlərdə həmin qruplardan qopmalar olub. Yaratdıqları blokların parçalanması, bir araya gələ bilməmələri bəzilərinin başqa dövlətlərin oyuncağına çevrilməsi ilə bağlıdır. Vaxtı ilə Milli Şura da Rusiyanın oyunu olaraq ortaya atıldı. Bütün bunlar hamısı onu göstərir ki, radikal müxalifət başqa ölkələrin düşüncələrinə söykənərək, göstərişlərinə uyğun olaraq fəaliyyət göstərir. Biz həmişə Azərbaycanı öz əsratəi altına almaq istəyənlərin əleyhinə mübarizə aparmışıq. Bu yolda da həyatını itirən insanlarımız az olmayıb. Bu gün radikal müxalifətin xaricdən imdad diləməsi heç bir əxlaqa, mənəviyyata sığmır. 20 Yanvar günü anım üçün insanlar Şəhidlər Xiyabanına gedir. Görüntü üçün həmin insanlar da gəlir. Amma özünə sual verməldirlər ki, dünən bizim düşmən olan ölkənin agenturasına çevrilmək hansı əxlaqa sığır?! Fərqi yoxdu Rusiya yoxsa, ABŞ-ın agentidir. Agent agentdir, şərəfsiz şərəfsizdir. Sən kimsən ki, Azərbaycanın daxili işini ABŞ və ya Rusiya ilə müzakirə edirsən? Gənc nəsli bununla da satqınlığa alışdırırsan. Bütün bunlara görə onlara Azərbaycan xalqı etiraz səsini qaldırmalıdır. Xalqımız kiminsə oyunlarını oynayanlara "yox" deməlidir. Sən əgər milli maraqlara önəm verə bilmirsənsə, şəxsi maraqları əsas tutursansa, ətrafında olan insanlar da elə formalaşacaq. Düzdür, onların atdığı addımlar bizim dövlət siyasətinə nə cürsə təsir edə bilməz. Çünki, əgər ermənilərin beşiyi sayılan Fransada ermənilərin xalqımıza qarşı oyqırımı ilə bağlı sənəd arxivdən tapılıb çıxarılırsa, bu, bizim apardığımız siyasətin uğurlarıdır".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirir ki, bu, birbaşa radikal müxalifətə yönəlmiş həqiqəti əks etdirən fikirdir: "Çünki, indiyə qədər radikal müxalifət hətta Azərbaycanın milli maraqlarına belə zərbə vurmağa hazır olduğunu göstərib. Son prezident seçkilərində radikal müxalifətin Rüstəm İbrahimbəyov kimi şəxsi vahid namizəd olaraq ortaya çıxarmağa çalışması onu göstərir ki, həmin müxalifət üçün heç bir əxlaq qalmayıb. Onlar bütün vəchlə Azərbaycanda hakimiyyətə gəlmək üçün ölkənin milli maraqlarını daim təhlükə altında saxlayan Rusiyanın əlində oyuncağa çevrilməyə hazır olduğunu göstərmiş oldular. Bunların da hamısı xalqın gözü qarşısında baş verdi. Prezidentin fikirlərini bölüşürük. Qarşıdan gələn seçkilərdə də radikal müxalifət uduzmuş şəkildə çıxacaq. Artıq bir-birinə qarşı mübarizəyə başlayıblar və təhqir müstəvisinə belə keçiblər. Növəti seçkilərdə hakimiyyət ölkənin inkişafı üçün əsasən konstruktiv müxalifətlə bütün siyasi müstəvidə əməkdaşlığı gücləndirsə, radikal müxalifət tamamilə sıradan çıxacaq. Bu, 2015-ci il parlament seçkilərində özünü xüsusi ilə göstərmiş olacaq. Düşünürəm ki, 2015-ci ildə parlament seçkilərindən sonra radikal müxalifətin yanında bir nəfə də qalmayacaq. Həmin şəxslər də siyasi müstəvini tərk edib gedəcəklər".

Sizin Reklam Yeriniz