Moskvada miqrantlara qarşı reyd
Rusiya bir tərəfdən Soçi Olimpiya Oyunlarına start verməyə
hazırlaşırkən digər yandan da ölkədə təhlükəsizlik tədbirlərini
artırır. Bu tədbirlərdən ən çox zərər görənlər isə yenə də çörək
pulu gazanmağ üçün bu ölkəyə üz tutmuş migrantlardır. Federal
Migratsiya Xidməti əməkdaşları tərəfindən Moskvada inşaat
obyektinlərindən birində keçirilən reyd nəticəsində burda çalışan
migrantların heç birinin sənədlərinin gaydasında olmadığı
aşkarlandı. Bəzi migrantlar yoxlama olduğunu görüncə çarəni
gaçmaqda gördülər, gaça bilməyənlər isə saxlanıldı. "Bu günkü
yoxlamada 9 xarici vətəndaş aşkarladıq. Bunlardan heç birinin
sənədləri gaydasında deyildi. Ona görə onların hamısını şöbəyə
aparacağıq. Daha sonra mərkəzi sistemdə bu insanlar bir bir
yoxlanılacaq. Əgər həqiqətən ganunları pozduqları isbat edilsə
deportasiya edilmələri üçün məhkəməyə veriləcəklər" – deyə Federal
Miqrasiya Xidməti əməkdaşı Aleksnadr Lisitski bildirib.
Saxlanan miqrantlar arasında azərbaycanlı yox idi. İnşaat
obyektində qeyri-qanuni calışanların hamısı Özbəkistandan gələnlər
idi. Migrantların galdıqları otaqların acınacaqlı görkəmi də
onların ağır həyat səraitindən xəbər veriridi. Ama onlar istənilən
halda burda isləməyə razıdırlar. Rusiyalı insan hüquqları
müdafiəçisi Aleksandr Brod isə migrantların qanuni və sosyal
haqlarının kobud şəkildə pozulduğunu deyir. "Rusiyada migrantların
həm qanuni həm də sosyal haqları pozulur. Onlar geydiyyatdan
keçirilmir. Xəstələndiklərində heç bir tibbi yardım görmürlər.
Rusiyadakı mövcut sistem miqrant haqlarını qorumaqdan çox uzaqdır.
Bunu dəfələrcə hökumətə bildirmişik". Qeyd edək ki, 10 milyondan
çox xarici ölkə vətəndaşının yaşadığı Rusiyada sadəcə 1.5 milyon
miqrantın işləmək üçüm rəsmi icazəsi var.(anspress)